7 fevral 2011 - 20:30

Zaqatalada 25 yaşlı gənc dəm qazından boğularaq ölüb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanın Zaqatala rayonda 25 yaşlı gənc dəm qazından boğulub. Bu barədə Zaqatala rayon Prokrorluğundan məlumat verilib. Hadisə bu gün saat 18-00 radələrində rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Kələşov Azər Akif oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Fakla bağlı Zaqatala rayon prokrorluğunda araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır