2010-cu il parlament seçkilərindən dərhal sonra ictimai rəy düşünülmüş və planlı şəkildə hicab məsələsinə yönəldilib. Məqsəd seçki saxtakarlığına qarşı mübarizədən xalqı yayındırmaq, ölkə və beynəlxalq ictimaiyyətin diqqətini başqa məsələlərə cəlb etmək olub. Lakin, hər tərəfli hesablanmamış bu siyasət onu həyata keçirənlərə qarşı yönəlmiş, bir tərəfdən ölkə daxilində islamçı kəsimin aktivləşməsinə, digər tərəfdən beynəlxalq münasibətlərdə İran-Azərbaycan münasibətlərində soyuqlaşmaya və demokratik dünya ictimaiyyəti tərəfindən Azərbaycan dövlətinin dini dözümsüzlüyə görə qınağa məruz qalmasına gətirib çıxarıb.

Məsələnin faktiki tərəfini bir kənara qoysaq “Hicab” məsələsinin formal tərəfi çoxlu suallar doğurduğundan bu məsələyə bir qədər geniş şərh verməyə ehtiyac yaranır.

Hicabla bağlı Allah tərəfindən xüsusi ayə endiyindən Hicab İslam dininin ən vacib şərti məsələlərindəndir. Əl-Əzhab sürəsinin 59- cu ayəsində buyurulur: “Ya Peygəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) örtüklərini örtsünlər “Ən-Nur surəsinin 31-ci ayəsində buyurulur: “Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar) ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar) öz özlüyündə görünən (əl və üz) istisna olmaqla zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər...”

Tanınmış İslam alimlərindən Əl-Kurtubiyə görə sonuncu ayədəki zinət sözü təbii və qazanılma olmaqla iki məna verir. Təbii zinət-üzdən, qazanılma zinət - qadının özünü bəzədiyi şeylər o cümlədən paltarlardan ibarədir. İslam hicabla qadının gözəlliyini bir kişiyə - onun ərinə yönəldir. Göründüyü kimi hicab Allahın buyruğudur və hicaba müdaxilə “Allahın işinə qarışmaqdır” ki, bunun da küfr olduğunu sübut etməyə ehtiyac yoxdur. Qurani-Kərimin Əl-Əzhab surəsinin 36-cı ayəsində buyrulur: “Allah və peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və ya qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə başqa cür hərəkət etmək) yaraşmaz” bu ayə İslamın tələblərinə riayət edən qadınların məhz hicablı olmasını şərtləndirir. Beləliklə, mömin qadınlar ya Allahın və onun Peyğəmbərinin buyurduğu yolu getməli, yəni hicaba girməli, ya da dünyəvi hakimiyyətin tələblərini yerinə yetirməklə Allahın və onun Peyğəmbərinin yolundan çıxaraq günah işlətməlidirlər. Nəticədə, birinci halda hökumətin təzyiqləri ilə, ikinci halda Allahın cəzası ilə üzləşmiş olurlar.

“Hicab” sözü ərəb dilində pərdə, örtük və utancaqlıq mənalarını verir və İslamın təşəkkülünün ilk çağlarından qadın kişi münasibətlərinin və ictimai davranışların tənzimlənməsi ilə bağlı meydana çıxan dini hökmlərdəndir. Burada utancaqlığa görə pərdələnmə birlikdə hicabın mahiyyətini təşkil edir.

Utancaqlıq - iki cürdür. Psixoloji utancaqlıq. İnsan iradəsindən asılı olmayaraq təhtəlşüur meydana çıxan psixoloji özəllikdir. İkinci növ utanma - imanın vermiş olduğu günahlara qarşı çəkincəklik duyğusu olan utanma, yəni həyadır. Həya ancaq yaxşılıq gətirir. İmandan doğan utancaqlıq şüurlu şəkildə günah işləməkdən, xüsusən dini əmrlərdən Allahın və onun peyğəmbərinin göstərdiyi düz yoldan çıxmaqdan çəkinmə hissidir və bununla İslam dini insanları günah işlətməkdən utanmağa - həya etməyə çağırır. Məşhur hədis alimləri Buxari və Müslümün ittifaq etdikləri və bütün İslam dünyasının qəbul etdiyi müttəfəkün əleyh Hədislərdə (22 və 23 saylı) deyilir: “İman altımış küsür şöbədir. Həya da imandan bir şöbədir”. Şübhəsiz utanma (həya) ancaq yaxşılıq gətirir.

Hicab (həya) - utancaqlıq üç cürdür: dildə hicab, yəni başqaları ilə danışıqda etik normaları gözləmək və pis sözlər və fikirlər işlətməkdən çəkinmək. Ən-Nisa surəsinin 148-ci ayəsində buyurur: “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər istisnadır. Allah eşidəndir, biləndir.” Davranışda hicab - bu islami etika məsələsi ilə bağlı olub, ictimai həyatda bəzi davranışlara yolverilməzliyi özündə ifadə edir. “Bəqərə” surəsinin ikinci ayəsində Quran haqqında buyrulur: Bu (Allah tərəfindən göndərilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən kitabdir.” Bu ayədəki müttəqilər - davranışlarında hicaba əməl edənlər yəni pis əməllərdən çəkinənlər, həya edənlərdir. Davranışda hicab islamın ədəb qaydalarından ibarətdir. Nəhayət, üçüncü forma hicab yaşam tərzi, o cümlədən geyimlə bağlıdır.

Məlumdur ki, İslam dininin iki əsası vardır. Quran və sünnə. Sünnə - peyğəmbərin Quranın tələblərinə uyğun həyat tərzinin nümunə götürülməsini özündə ifadə edir. Bu baxımdan İslam dini xüsusi həyat tərzini, o cümlədən dini tələblərə uyğun geyimi şərtləndirir. Hicabla bağlı Əl-Əzhab surəsinin 33-cü ayəsində peyğəmbər zövcələri haqqında deyilir: “Evlərinzdə qərar tutun. İlkin cahiliyət dövründəki kimi açıq-saçıq olmayın” .

İslamda hicabla bağlı bir ümumi şərt bir də xüsusi şərt qoyulmuşdur. Ümumi şərt cinsindən asılı olmayaraq bütün insanlara aiddir. İslam alimlərindən Yusif Əlinin şərhinə görə “ciddilik və təmkinlik - nəfsini qorumaq həm qadına həm də kişiyə aiddir. Əgər kişi həyasızcasına qadına baxırsa bu əxlaqa qarşı yönəlmiş hərəkət kimi dəyərləndirilir... təbi və ictimai həyatda, həmçinin temperamentdə fərqliklərə görə qadından daha çox nəfsini qorumaq xüsusən paltarda nəfsini qorumaq tələb olunur”.

Paltarla bağlı ümumi şərt ondan ibarətdir ki, insanlar onların cinsi kimliyini nümayiş etdirməyəcək və əks cinsdə özünə qarşı şəhvət yaranmasına səbəb olmayacaq qaydada geyinməlidirlər. Qurani-Kərimin Ən-Nur surəsinin 30-cu ayəsində kişilərə, 31-ci ayəsində qadınlara müraciətlə buyurulur ki, “gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmlərə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar...” Yəni insanların cinsi kimliyi paltarla gizlədilməlidir. Bu tələb nə ilə bağlıdır? Əslində bu Quranın əsas fəlsəfəsini özündə əks etdirən bir tələbdir. Allahtəala insanları eyni bir varlıq kimi - bərabər yaratdığını buyurur. Lakin cinsi differensasiya onları həm bioloji, həm sosial qeyri-bərabərliyə gətirib çıxarmışdır. İslamda cinsi kimliyə ikinci dərəcəli əhəmiyyət verilir və hər iki cins Allah qarşısında bərabər qəbul edilir. Bu baxımdan, İslam həm sosial normalarla sosial bərabərliyi təmin etməyi, həm də süni vasitələrlə cinsi fərqlilikləri gizlətməyi tələb edir. Geyimlə bağlı xüsusi şərt isə ayrı- ayrılıqda qadınların kişilərdə şəhvət hissi oyatmaq təsiri ilə bağlıdır.

İslam aləmində “hicab” məsələsi yalnız Quranla tənzimlənə bilər, hətta din xadimlərinin bu məsələyə müdaxiləsinə yol verilmir. Qurani-Kərimin Ən-Nisa surəsinin 127-ci ayəsində buyrulur: “Səndən qadınlar barəsində fətva istəyirlər. De ki “onlar barəsində fətvanı sizə Allah və Kitabdan (qurandan) sizə oxunan (ayələr) verir...” Yəni bu ayənin tələblərinə görə, qadınların hicabı ilə bağlı fətva məhz Qurani-Kərimdə verildiyindən hətta İslam Peyğəmbərinə bununla bağlı fətva vermək yasaq edilmişdir. Hicaba müdaxilə XX-əsrdən başlayaraq meydana çıxmışdır. Biz hicaba müdaxilənin aşağıdakı formalarını ayırd edə bilərik.

1. İdeoloji müdaxilə: Bu ilk dəfə sosialist inqilabından sonra, marksist materializm ideologiyasının şərtlərindən biri kimi ateizmlə - Allahsızlıqla bağlı keçmiş SSRİ-də meydana çıxmışdır. Düzdü, sovet dönəmində bu sosializmin “bərabərlik” prinsipi ilə izah edilsə də, əslində dinin bütün şərtlərinin qadağan edilməsinin tərkib hissəsi idi. Heç təsadüfi deyil ki, hicabın qadağan olunması - məscidlərin və kilsələrin sökülməsi, din xadimlərinin repressiyası Quranın və digər dini kitabların oxunmasının qadağan edilməsi və hətta məhv edilməsinə paralel həyata keçirilmişdir.

2. Dini təəssübkeşklikdən doğan müdaxilə: Hicabın xristian ölkələrində qadağan edilməsi dini təəssübkeşliklə bağlıdır. Bəzi xristian ölkələrində sürətlə islamlaşma islamafobiya yaratmış və özünü saxlama instinkti ilə antiislam dalğası meydana çıxmışdır və buna görə də bu ölkələrdə islamın şərtlərinə qarşı açıq mübarizə aparılır. Məsələn, Avstriyada məscidlərə minarələrin tikilməsinin qadağan edilməsi, Fransada hicabın qadağan edilməsi, ABŞ-da Quranın yandırılması bununla bağlı meydana çıxmışdır və s.

3. Siyasi müdaxilə: Hicabın siyasiləşdirilməsi ona müdaxiləni həm də siyasi məsələ kimi meydana çıxarıb. Bunu qardaş Türkiyənin siyasi həyatından görürük. Türkiyədə hicaba anti-konstitusion bir məsələ kimi baxılır. Belə ki, Türkiyə Cümhuriyyətinin layiqlik əsasının şərti kimi Türkiyə Konstitusiyasında “qılıq qiyafət” müddəasının olması, Türkiyədə geyimi siyasi məsələ səviyyəsinə qaldırmağa cəhd edən dini qrupların fəaliyyəti hicaba müdaxiləni şərtləndirərək Türkiyə dövlətinin əsasına qarşı yönəlmiş - dünyəvi dövlətçiliyin dini dövlətçiliklə əvəz edilməsi - cəhdlərinə qarşı mübarizənin tərkib hissəsi kimi meydana çıxır.

Bəs bu gün Azərbaycanda hicaba hakimiyyətin müdaxiləsi yuxarıdakı səbəblərdən hansı ilə bağlıdır? Azərbaycan formal olaraq ateist dövləti deyil. Ölkədə ideoloji sistem yoxdur. Azərbaycan xristian dövləti olmadığından, hicaba münasibəti dini qısqanclıqla izah etmək olmaz. Nəhayət, Azərbaycanda hicab siyasi məslə deyil, çünki Konstitusiyada geyimlə bağlı senz yoxdur və dövlətin konstitusion əsaslarını dəyişdirmək istəyən qüvvələrlə hicabın bir bağlılığı yoxdur. Digər tərəfdən hicab siyasi simvol səviyyəsinə qaldırılmayıb. Buna görə də, Azərbaycanda hicab məsələsini demokratiya məsələsi kimi dəyərləndirmək lazımdır.

Məhz buna görə biz hicaba müdaxilənin əleyhinəyik. Bəs bizim hicab məsələsinə münasibətimizin əsasında nə dayanır?

Əvvəla Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və dini məsələlərə dövlətin qarışması yolverilməzdir. Hicab şərti məsələ olduğundan, şiə məzhəbinə görə yalnız höccətül-islam tərəfindən fətva ilə şərh edilə və tənzimlənə bilər. Ən azı şeyxülislamlıq bununla bağlı fətva verə bilər. Amma görünən budur ki, dini kəsimin hicabla bağlı konkret şəri hökmü yoxdur. Və olada bilməz, çünki Quran bununla bağlı fətva hüququnu Peyğəmbərə belə verməmişdir. İkincisi, hicabın qadağan edilməsi antikonstitusion bir hərəkətdir. Belə ki, Azərbaycan Konstitusiyasına görə şəxsi həyata müdaxilə yolverilməzdir. Konstitusiyaya görə vətəndaşların “vicdan azadlığı” hüququ vardır. Bu hüquq hər bir vətəndaşa öz inancına uyğun həyat tərzi yaşamağa, o cümlədən geyinmək, davranmaq azadlığı verir. Buna görə də, hicabın qadağan edilməsi vətəndaşların azadlıqlarının məhdudlaşdırılması cəhdidir.

Üçüncüsü, biz belə hesab edirik ki, insan hüquq və azadlıqları vəhdətdədir. Hər hansı bir insan hüququnun məhdudlaşdırılması digər hüquqların da məhdudlaşmasına gətirib çıxarır. Yəni bu gün hicabla bağlı vicdan azadlığına müdaxilə - bundan əvvəl ölkədə söz və fikir azadlığının, sərbəst toplaşmaq azadlığının, birləşmək azadlığının, dövlətin və cəmiyyətin həyatında iştirak azadlığının məhdudlaşdırılmasının məntiqi davamıdır. Buradan da, Azərbaycanda hicaba müdaxilənin bütünlükdə fundamental insan hüquq və azadlıqlarına müdaxilə olduğundan bu məsələnin demokratiya məsələsi olduğu aşkarlanır. Ona görə də, demokratik ictimaiyyət hicab məsələsində düzgün mövqe seçməlidir.

Geyimdə hicabın qadağan olunması həm də hicabın digər formalarının - davranışda və ünsiyyətdə hicabın məhdudlaşmasının nəticəsidir. Artıq Azərbaycanda korrupsiya, rüşvət, kriminallaşma leqallaşmışdır hansı ki, davranışda hicabın tamamilə aradan qalxmasının nəticəsi kimi inkişaf edib. Qurani-Kərimin “Bəqərə” surəsinin 188-ci ayəsində rüşvət verməməklə (o cümlədən almamaqla) bağlı buyrulur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin” .

Nəhayət, hicab məsələsinə xarici reaksiyalar haqqında: Hicaba müdaxilə Azərbaycanın daxili işi hesab edilə bilərmi? İslam dünyəvi dindir və islamı qəbul etmiş xalqlar eyni dəyərləri bölüşdürürlər. Ona görə də, Azərbaycandan kənarda yaşayan və islamı dəyərləri qəbul etmiş insanların bu dəyərlərə qarşı hansı ölkədə olmasından asılı olmayaraq, neqativ münasibətə reaksiyası təbidir. Heç təsadüfi deyil ki, İslamın Peyğəmbərinin Danimarkada karikaturaları ilə