Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatəti təmin edilməyib. Proses fevralın 4-də Nəsimi Rayon Məhkəməsində keçirilib. İşə hakim Emin Mehdiyev baxıb.
F.Məmmədrzayevin vəkli Şəfa Camalzadə məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Proses F.Məmmədrzayevin iştirakı ilə keçirilib. Ş.Camalzadənin sözlərinə görə, F.Məmmədrzayevin saxlandığı yer və səhhəti ilə bağlı şikayəti yoxdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır