31 yanvar 2011 - 20:30

Mərhum əsgərin atası: "Mən övladımı tanıyıram o, özünə heç vaxt intihar etməzdi. Mütləqdir ki, onun ölümü başqa səbəbdən baş verib. Əgər o, özünü avto parkda asıbsa bəs biz orda olduğumuz müddətdə niyə onu asılmış cənazəsini görmədik"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Atəşkəs elan olunan gündən bu günə kimi son zamanlar Azərbaycan ordusunda ölüm halları adi hal alıb. Demək olar ki, hər gün bir əsəgirmiz dünyasını dəyişir. Qeyd edək ki, ölüm halları müxtəlif səbəblər üzündən baş verir. Buna səbəb kimi əsasən düşmən ordusunun gülləsi, xəstəliklər və intihar hallları göstərilir. Bəzi vaxtlar isə ölüm halları müəammalı qalır. Bu haqqda müxtəlif məlumatlar yayılır. Məlumatın müxtəlifliyinə səbəb isə ölən əsgərin ailəsindən verilən məlumatla, Müdafiə Nazirliyindən verilən məlumatın uyğunsuzluğu olur. Elə bu səbədən də ölkədə ordu ilə xalq arasındauçurum yaranır və vətəndaşlar hərbidən yayınmağa başlayırlar.

2010-cu il oktyabrın 15-də Binəqədi hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və 2011-ci il yanvar ayının 6-da ölüm xəbəri gəlmiş Qazax Rayon “N” saylı hərbi hissənin əsgəri Səfərov Nurlan Vahid oğlunun başına gələnlər də hələ geniş müzakirə mövzusu olacaq. Bu barədə inter saytlarında məlumat getdikdən sonra, məhrumun evində olduq və onun ailəsinin hadisə ilə bağlı münasibətini öyrəndik.

Müxbirimiz mərhum Səfərov Nurlanın evində olarkən, ailə üzvləri övladlarının hərbi xidmətdə olduğu müddətdə öldürüldüyünü bildirdi. Övladının ölümü haqqda danışan əsgər atası Səfərov Telman, mətbuatda Müdafiə Nazirliyi tərəfindən övladının ölümü ilə əlaqədar yayılmış xəbərlərin hamısını təkzib etdi. “Mənim oğlumun üzünü asaraq intihat etdiyi bildirilir. Bu tamamilə yalandır. Mənim övladım işgəncə ilə öldürülüb. Yanvar ayının 4-ü tanımadığım telefon nömrəsindən evə zəng olundu. Zəng eliyən şəxs Nurlan haqqında maraqlanmağımızı istədi. Sonradan biz həmin nömrə ilə nə qədər əlaqə saxladıqsa bizə cavab verilmədi. Daha sonra bölük komandiri olan kapitan Maaarif Süleymanovla əlaqə saxladıq. O, bizə övladımızın hərbi hissədən qaçdığını bildirdi. Bunu eşidən kimi Bakının hərbi polisinə və sahə müvəkkilinə xəbər verdim. Səhər tezdən hərbi hissəyə getdik. Hərbi hissədə övladımın xidmət etdiyi Mühəndis İstehkan Bölüyünün bölük komandiri Maarif Süleymanovla görüşdük. O, bizi görən kimi başladı bizi borclu çıxarmağı. Belə bir övladı tərbiyə etdiyimizə görə bizi acılıyan komandir,  övladımızın hərbi hissədən qaçdığını bildirdi. Hətta o, oğlumun anasına “Qoy oğlun gəlsin onun anasını ağladacam deyə” təhqir etdi”-deyə Səfərov Telman bildirib..

Bundan hadisə ilə əlaqədar hərbi hissə komandiri ilə əlaqə saxladığını söyləyən əsgərin atası, “Biz həmin gün hərbi hissə komandiri Elşad İsmayilovun da qəbulunda olduq. O, da bizə övladımızın hərbi hissədən qaçdığını bildirdi. Onuda deyim ki, biz hərbi hissədə olduğumuz müddətdə bölük komandiri Maaarif Süleymanov bizdən heç yerə xəbər eləməmiyimizi istədi və özünün bütün aidiyyatı orqanlara xəbər etdiyini bildirdi. Sonra bizə övladımın paltarlarını gətirdilər. Bizə Nurlanın hərbi hissənin avto parkında işləyərkən yoxa çıxdığını bildirdilər. Bundan sonra biz parkın hər yerinə baxdıq. Övladımdan heç bir əsər-əlamət yox idi. Sonra Qazax rayon Hərbi Polis rəisi Samir müəllimin qəbulunda olduq. O, bizə hadisədən xəbərdar olmadığını bildirdi. Halbuki, hərbi hissədən bütün aidiyyatı orqanların məlumatlandırıldığı bildirilmişdi. Sonra biz yanvar ayının 9-u Bakıya qayıtdıq. Ayın 10 onu Müdafiə Nazirliyinə oğlumuz haqqında məlumat verdik. Axsam saat 6-da övladımın ölüm xəbəri gəldi. Nurlanın avto parkda özünü asaraq intihar etdiyi bildirilirdi. Halbuki, mən avto parkda olan müddətdə axtarmadığım yer qalmamışdı. Orada övladımdan heç bir əlamət yox idi. Övladımın cənazəsini gətirəndə tabutu açmağa qoymurdular. Bizə Qazax rayonunda oğlumuza qüsl kəfən verildiyi bildirilirdi. Təkidimizdən sonra tabut açıldı. Qüsl verilmiş övladımın əlləri və ayaqları mazut içində idi. Yenidən qüsl və kəfən olunduqdan sonra, Nurlanı dəfn elədik. Mənim bir ata olaraq aidiyyatı orqanlardan istəyim budur ki, övladımın həqiq ölümü səbəbini araşdırsınlar. Mən övladımı tanıyıram o, özünə heç vaxt intihar etməzdi. Mütləqdir ki, onun ölümü başqa səbəbdən baş verib. Əgər o, özünü avto parkda asıbsa bəs biz orda olduğumuz müddətdə niyə onu asılmış cənazəsini görmədik”-deyə əlavə edib.

Xatırladaq ki, bundan sonra övladını itirən əsgər anası Səfərova Əsmə hadisə haqqında bunları dedi: “Dekabr ayının 30-u övladım mənimlə danışmışdı. Bizim bayramımızı təbrik elədi. İndiyə qədər olduğu yerdən heç vaxt şikayət etməmişdi. O, 3 ay təlim taborunda sürücülük kursunu oxuduqdan sonra, hərbi hissənin Mühəndis İstehkam bölüyünə sürücü göndərildi. Nə hadisə baş veribsə həmin bölüyə gələndən sonra, baş verib. Biz baş vermiş hadisəni Nurlanın Təlim Taborundakı komandirinə dedikdə, o, Nurlanın heç vaxt belə bir iş görməycəcyini bildirdi. Mənim övladım 5 gün idi ki, İstehkam bölüyünə gəlmişdi. Nə baş veribsə həmin 5 gün ərzində baş verib”.

Bundan sonra üzünü bütün ictimaiyyət və aidiyyatı orqanlara tutan əsgər anası, övladları bu cür təzyiqə məruz qalan anaları ona dəstək verməyə çağırdı və baş vermiş hadisənin düzgün araşdırılmasını və övladının həqiqi qatilinin tapılmasını istədi.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır