Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Elmar Məmmədyarov Azərbaycan Respublikası Təl-Əviv ilə guya "dostluq" əlaqələri qurması barədə deyib: "İsrail, Azərbaycan Respublikası ordusunu silahlandıran ilk tərəf olub və Azərbaycan Respublikasında çoxlu sayda yəhudi məskən salıb. İki tərəf arasında çox yaxşı iqtisadi və təhlükəsizlik əməkdaşlıqları mövcuddur."
Azərbaycan Respublikasının xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov bu fikirləri elə bir şəraitdə səsləndirib ki, sionist İsrail rejimi nəinki Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasına heç bir köməklik göstərməyib, hətta sonrakı dövrlərdə belə BMT-də keçirilən rəy sorğularında Azərbaycan Respublikasının ərazi bütövlüyünə səs verməkdən çəkinib. Halbuki, Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası İran İslam Respublikasının hərtərəfli dəstəyinə malik olub. Lakin, sionistlərin Azərbaycan Respublikasının siyasi, idarəetmə, hərbi, təhlükəsizlik və media dairələrinə nüfuz etməyə başlaması ilə İranın Azərbaycan Respublikasına yardımları unuduldu.
Siyasi müşahidəçilər E.Məmmədyarovun İsrail rejimini Azərbaycan Respublikası ordusuna hərbi yardım göstərən ilk tərəf kimi təqdim etməsini siyasət və diplomatiya sahəsində kobud səhv kimi dəyərləndirirlər. Çünki, Qarabağ müharibəsində İsrail rejimini Azərbaycan Respublikasını himayə edən tərəf kimi qələmə vermək yalan olmaq və həqiqətləri əks etdirməməklə yanaşı, belə bir iddia səsləndirən tərəfin etimadsız siyasətçi kimi tanınmasına səbəb olur. Bakının Təl-Əviv ilə əlaqələrini əsaslandırmaq üçün belə bir yalan və qondarma fikirlərin səsləndirilməsi yalnız cinayətkar İsrail rejiminin maraqlarına xidmət xarakteri daşıyır və Azərbaycan Respublikası xalqı və hökuməti üçün heç bir faydası yoxdur. Bundan başqa Azərbaycan Respublikası xarici işlər naziri tərəfindən belə bir fikrin səsləndirilməsinin mənfi nəticələrinə də göz yummaq olmaz. Çünki, Elmar Məmmədyarovun bu sözləri sionistlərdə əminlik yaradıb ki, Azərbaycan Respublikası rəsmiləri qondarma və cinayətkar sionist rejimin maraqlarını müdafiə və onun zərərli nəticələrini qəbul etməyə hazırdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır