25 yanvar 2011 - 20:30

Prezident ailəsi ilə birlikdə Tunisdən Səudiyyə Ərəbistanına qaçıb. Ölkənin Konstitusiya Şurası tərəfindən o, vəzifəsindən çıxarılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tunis ölkədən qaçmış eks-prezident Zeynəl Abidin Bin Əlinin həbsinə beynəlxalq order verib. APA-nın «Frans Press»-ə istinadən məlumatına görə, bu barədə Tunisin ədliyyə naziri bəyan edib.

Xatırladaq ki, yanvarın 14-də Tunisdə “Yasəmən” inqilabı baş verib. Qarşıdurmalar nəticəsində 80-dən çox insan həlak olub, yüzlərlə xəsarət alan var. Ölkə iqtisadiyyatına 1,6 milyard avro ziyan dəyib.

Prezident ailəsi ilə birlikdə Tunisdən Səudiyyə Ərəbistanına qaçıb. Ölkənin Konstitusiya Şurası tərəfindən o, vəzifəsindən çıxarılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır