Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan İslam Partiyası Astara rayon təşkilatı sədri Ruhulla Axundzadənin evindən GÜYA silah-sursat tapılması ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında, 21 yanvarda istintaq qrupu və Astara rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Ruhulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılıb.
Axtarış zamanı GÜYA həyətdən 4 ədəd AKM markalı avtomat, 1 ədəd "Naqan" tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd F-1, 4 ədəd RQD-5 tipli əl qumbarası, 10 ədəd UZRQM tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Eyni zamanda, götürmə zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd RQD-5 tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
Göstərilənlərlə əlaqədar, Ruhulla Axundzadə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.
Qeyd edək ki, Astara rayonu dəniz sahilində yerləşdirildiyindən onun evindən sualtı gəmi çıxartmayıblarsa yenə min şeker
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır