Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun apellyasiya şikayətinə baxılıb. Appelyasiya məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə, Mövsüm Səmədov vəkilinin qaldırdığı vəsadət təmin olunmayıb. Məhkəmədə çıxış edən Anar Qasimov hüquqlarını müdafiə etdiyi şəxsin heç bir inzibati xəta törətmədən 13 günlük azadlıqdan məhrum edilməsini qeyri -qanuni olduğunu bildirdi. Mövsüm Səmədovun həbs olunan zaman onun heç bir vəkil ilə təmin olunmadığını bildirən Anar Qasımov, hakimdən Mövsüm Səmədovun və onunla birgə həbs olunanların müqavimət göstərdiyi polis əməkdaşlarının məhkəmə prosesində iştirak etmələrini tələb etdi. Lakin hakim tərfindən vəkilin bu vəsatəti qəbul olunmadı.
Onuda qeyd edək ki, Vəkil Anar Qasımov, Mövsüm Səmədovun məhkəmə zalında iştirak etməsi haqqında hakim qarşısında vəsatət qaldırdı. Bu vəsatət də məhkəmə tərəfindən qəbul olunmadı. Bundan əlavə Anar Qasımov, Mövsüm Səmədovun 3 yeniyetmə yaşına çatmamış övladının olduğunu və bu övladlardan birinin hələ azyaşlı olduğunu məhkəməyə təqdim edərək, hüquqlarını müdafiə etdiyi şəxs haqqında bu cür formada inzibatı həbs cəzasının kəsilməsini tam əsassız olduğunu bildirdi.
Vəkil tərəfindən Mövsüm Səmədov barədə qaldırılmış inzibati həbs cəzasının tam əsassız və qeyri qanuni olması sübut olunmasına baxmayaraq, Mövsüm Səmədovun appelyasiya şikayəti, məhkəmə tərəfindən təmin olunmadı. Məhkəmədən sonra Azərbaycan İslam partiyasının sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov, jurnalistlərin suallarını cavablandırıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır