Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Livan Hizbullahının Baş Katibi canlı yayımda Livanın son yeniliklərinə aydınlıq gətirərək dunyada baş verən son siyasi dəyişiklər barədə də fikir bildirdi.
hökumətlər Tunis hadisələrindən dərs alsınlar. O, xüsusi ilə Tunis xalqını qərbpərəst hökuməti devirtdiyi münasibəti ilə təbrik edib vurğuladı: “Əcnəbilərdən asılı bütün hökumətlər Tunis hadisələrindən dərs alıb bilsinlər ki əcnəbilərin maraqlarına və göstərişlərinə deyil, öz xalqlarının etiqadı və istəklərinə əsaslanmalıdırlar”.
Seyyid Həsən Nəsrullah bazar günü 16 yanvarda müxtəlif telekanallar vasitəsi ilə canlı yayımlanan çıxışında Livanın son yenilikləri, xüsusiylə hökumətin buraxılması və Rəfi Həriri terrorunun “məhkəməsi” gedişinə də aydınlıq gətirdi. O Livan Nazirlər Kabineti üzvlərinin istefaya çıxması ölkənin kanstitusiyası çərçivəsində həyata keçirilmiş tam qanuni hərəkət adlandıraraq deyib: “Müqavimət və Livan xalqının mənafeyinə əsaslanan nazirlər ölkənin kanstitusiyası əsasında tam qanuni bir hərəkətdə, baş nazirin səriştəsizliyinə kəskin etiraz ediblər”.
Nəsrulahh Amerika və Sionist rejimin planları əsasında fəaliyyət göstərən və guya Rəfi Hərinin terrorunu araşdıran “məhkəmə”-nin fəaliyyətlərinə “Biz Şəhid Həririnin qanının yerdə qalmasına razı deyilik amma bu o mənada deyil ki əcnəbilərə öz daxili işlərimizə müdaxilə icazəsi verək və onların oyunları qarşısında susaq” –deyə aydınlıq gətiridi.
Livan Hizbullahının Baş Katibi sözü gedən “məhkəmə”-in saxta şahidlərinə toxunaraq, onların şəhadətlərinin yalan olduğuna dair aktın da Səd Həririnin öz ofisindən çıxdığını da vurğulamışdır.
Səd Həririnin başçılıq etdiyi hökumətin buraxılmasının başlıca dəlilinin də onun səriştəsizliyi və Livan ölkəsi və xalqının mənafeinə zid addımlar ataraq ölkəni ABŞ və Siyonistlərin istəyincə ağır fitnəyə sürükləməsi olduğunu xüsusi qeyd edən Nəsrullah bunun da Hizbullahın Livan xalqı və siyasi şəxsləri arasında böyük nüfuza malik olmasının əlaməti hesab etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır