Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün səhər erkən saatlarında 2 nəfər Gəncə ruhanisi həbs edildi. Gürcüstanda dini tədbirə qatılmaq üçün yola düşən Gəncə sakinləri 1977-ci il təvəllüdlü İlyasov Fəxri Həsən oğlu və 1980-ci il təvəllüdlü Cəbiyev Azər Arif oğlu sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan Gəncə ruhaniləri Gəncə polisinə təhvil veriliblər. Həbs olunanların yaxınlarının bildirdiyinə görə, onları heç bir əsəas olmadan həbs ediblər. Hələ ki, onlara qarşı heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, artıq günlərdir ölkədə dindarlara qarşı kütləvi həbs dalğası baş qaldırıb. AİP sədri Mövsum Səmədov həbsindən sonra artıq ölkənin müxtəlif regionlarında dindarlar polisə müqavimət adı ilə həbs olunurlar. Bir neçə ay bundan əvvəl Azxər Cəbiyevin Gəncə daxil olmasına Gəncə polis rəisi tərəfindən qadağa qoyulmuşdu. Lakin hüquq müdafiəçilərinin və valideyvlərinin təzyiqlərindən sonra onun Gəncə şəhərinə qayıtmasına icazə verilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır