15 yanvar 2011 - 20:30

20 Yanvar Milli Müqavimət Hərəkatının yatirilmasının 21-ci ildönümü ərəfəsi

20 Yanvar Milli Müqavimət Hərəkatının yatirilmasının 21-ci ildönümü ərəfəsində 1990-ci ilin bu gününə nəzər salaq.

15 yanvar 1990-ci il. Yanvarın 13-də Bakıda ermənilərin təxribatı nəticəsində guya Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbəri eşidib Moskvadan Bakıya gələn yüksək çinli məmurlan nəyin nə yerdə olduğunu araşdırırlar. Moskvadan gəlmiş Mərkəzi Komitənin siyasi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin Şura sədri Yevgeni Primakov, Mərkəzi Komitənin katibi Andrey Qirenko və SSRİ Nazirlər Şurasının sədri Vitali Doqujev artiq bazar günü Azərbaycan Kommunist Partiyasının rəhbərliyi ilə görüşmüşdü. Birinci gün, yəni yanvarın 15-də isə narahatlıqların başında durduğu iddia edilən Xalq Cəbhəsinin rəhbərliyi Mərkəzi Komitəyə dəvət edilir. Primakov, Qirenko və Doqujev Xalq Cəbhəsindən Mərkəzi Komitə qarşısında toplaşan insanların dağılmasını tələb edir.

Milli Azadlıq Hərəkatının liderlərindən biri Etibar Məmmədov həmin vaxtları xatırlayaraq bildirir ki, Mərkəzi Komitədə görüş keçirildi. Görüşdə Primakov, Qirenko əsas məhsul şəxslər kimi iştrak edirdilər. Onların irəli sürdüyü iddialar Bakıda dövlət orqanlarının zəbt olunması cəhdi və kütləvi ixtişaşların olmasından ibarət idi: “Erməni əhalisinin qırılması gedir. Bunun qarşısını almaq lazımdır. Biz isə öz məlumatlarımızı onlara bildirdi ki, Azərbaycanda, Bakıda fövqəladə vəziyyətin tədbiq olunmasına hazırlıq gedir. Onlar da qəti şəkildə and-aman edirdilər ki, heç bir fövqaladə vəziyyət olmayacaq və Bakıya ordu yeridilməyəcək”.

Bakıda fövqaladə vəziyyətin elan olunması və rus qoşunlaırının yeridilməsinə isə cəmi 4 gün qalırdı. Moskva azərbaycanlıları növbəti dəfə aldatdı....