12 yanvar 2011 - 20:30

Axtarışı Respublika Prokurorluğunun əməkdaşları aparıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Media forum” Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun Bakıdakı evində yanvarın 13-də aparılan axtarışdan fotoşəkilləri təqdim edir. Axtarışı Respublika Prokurorluğunun əməkdaşları aparıb.

Mövsüm Səmədov yanvarın 7-də polis və MTN məmurları tərəfindən qanunsuz saxlandığı an bu  özbaşnalıqlara hüquqi cavab istədikdə,  məmurların tələblərinə tabe olmamaq ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 13 sutkalıq inzibati həbsə məhkum olunub . (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

EVDƏ AXTARIŞ APARAN MÜSTƏNTİQ “QURAN”a ƏL BASARAQ AND İÇİB

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məktəbli qızı Zəhra Səmədova Respublika Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibovu “Quran”a and içdirib.

“Media forum” saytının əməkdaşı xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşları yanvarın 13-ü saat 15 radələrində Mövsüm Səmədovun evində axtarış aparmağa başlayan zaman partiya sədrinin qızı müstəntiq Vüqar Nəsibova yaxınlaşaraq ondan evdə obyektiv və düzgün axtarış aparmağı xahiş edib. Bundan sonra Zəhra Səmədova müstəntiqdən xahiş edib ki, “Quran” a əl basıb and içsin. Müstəntiq kitaba əl basaraq obyektiv və düzgün axtarış aparacağına and içib.

Partiya sədrinin evində axtarış aparılan an, ailənin yaxın qohumları, eləcə də partiya üzvləri şahid kimi içəri daxil olmaq istəsələr də, hüquq mühafizə orqanı işçiləri onları buraxmayıblar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır