12 yanvar 2011 - 20:30

Onu təcili olaraq İstanbuldakı xəstəxanaların birində yerləşdiriblər

   "Yeni Şərq"in verdiyi məlumata görə, İsrailin blokadasında saxlanılan Qəzzaya humanitar yardım aparan "Asiyadan Qəzzaya" yardım karvanına qatılan yeganə azərbaycanlı, "Yeni Şərq" Araşdırmalar Mərkəzinin əməkdaşı Hakim Əlizadənin səhhəti dünən axşam kəskin pisləşib. Hakim Əlizadə təcili olaraq bu gün səhər saatlarında təyyarə ilə Türkiyənin İstanbul şəhərinə çatdırılıb. İstanbuldakı xəstəxanaların birndə yerləşdirlən Hakim Əlizadə həkim nəzarətinə götürülüb.

    Xatırladaq ki, Hakim Əlizadə Qəzzadan dönərkən Misirin paytaxtı Qahirə yaxınlığındakı İsmaliyyə şəhərində avtomobil qəzasına uğramışdı. Qəzzaya humanitar yardım aparan həmyerlimiz avtobusun aşması nəticəsində baş və boyun nahiyyəsindən ciddi yaralanmışdı. Yanvarın 9-u vətənə qayıdan Hakim Əlizadənin səhhəti dünən gecə qəfil pisləşib.

    Hakim Əlizadənin yaxınlarının verdiyi məlumata görə, onun boynundakı zədələnmiş hissə şişərək rəngi getdikcə tüntləşib və kəskin ağrılarla müşahidə olunub.

    "Yeni Şərq" Araşdırmalar Mərkəzi olaraq Hakim Əlizadənin tezliklə sağalaraq aramıza qatılmasını Uca Allahdan diləyirik. Allah şifa versin. Amin!