Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Son zamanlar Azərbaycanda bəzi aktual xəbərləri yayan internet saytlara daxil olmaq çətinləşib. Belə ki, gün ərzində müəyyən xəbər saytları müxtəlif üsullarla iflic vəziyyətinə salınaraq, oxucuları qarşısında pis vəziyyətə qoyulur. Bu saytların içinə "FaktXeber.com" saytı da daxildir.
Qeyd edək ki, ölkədə son zamanlar siyasi represiyaların getdiyi bir dövrdə, “FaktXeber.com” internet portalı və onun əməkdaşları, ölkədə gedən son durumu izləyicilərə çatdırmaqda fəaliyyətləri ilə yadda qalıb. Bu operativliyə görə, geniş izləyici kütləsinin rəğbətini qazanan, qərərsiz və aktual məlumatlar yayımlayan” FaktXeber.com” və digər internet qəzetlərin bu addımı məhdudlaşdırılmağa başlayıb.
Bəzi dünya ölkələrində bu cür proseslərin getməsi artıq rəsmi şəkildə öz təsdiqini tapıb. Azərbaycanda da, bu barədə bəzi rəsmi açıqlamalar vaxtikən verilib. İnternet saytların gedişatına nəzarət üçün Nəzarət-Təftiş komissiyası yaradılacağı barədə məlumatlar, mətbuatda öz əksini tapıb. Təbii ki, bu məlumat Azərbaycanın internet dünyasında birmənalı qarşılanmayıb. Bundan sonra operativ xəbər saytları bəzi haker hücumlarına tuş gələrək, fəaliyyətində problemlərlə üzləşir.
Məlumat üçün bildirək ki, vaxtikən adi hücumlar artıq gediş miqyaslı hücumlara çevrilib. İş o yerə çatıb ki, internet agentliyinin xəbər lentinin qarşısını almaq üçün, artıq server mərkəzlərinə hücumlar təşkil olunur. Bu isə işin daha da peşəkarlar tərəfindən aparılmasını sübut edir.
Ümid edirik ki, bu anlaşılmamazlıq qısa müddətdə aradan qalxacaq və göstəriş alan hakerlər - istər həmvətənlərimiz , istər sə də xaricilər, öz qərəzlərindən əl çəkərək operativ xəbərlərin yayılmasına nəinki maneə olacaq, hətta dəqiq-qərəzsiz informasiya yayan saytalara yardım edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır