9 yanvar 2011 - 20:30

QMİ-nin bəyanatı təsdiqlədi ki, AİP sədri İlham Əliyevi sərt tənqid etdiyinə görə həbs edilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbayjan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Mövsüm Səmədov məsuliyyətsiz çağarışlar etməkdə ittiham olunur. Və bildirilir ki, bu etirazlar dindarların etirazına səbəb olub. "Mövsüm Səmədovun məsuliyyətsiz çağırışları xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bunun məqsədi milli birliyimizi sarsıtmaq, sabitliyimizə xələl gətirmək, jəmiyyət daxilində qarşıdurma yaratmaqdır",-deyə bəyanatda vurğulanır.

Əslində QMİ-nin bu bəyanatı bir daha təsdiq edir ki, Mövsüm Səmədovun həbsi onun İlham Əliyevlə bağlı etdiyi sərt çıxışla bağlıdır. Hüquq-mühafizə orqanları AİP sədrinin polisə müqavimət adı ilə həbs edib, iğtişaş törətmək adı ilə MTH-nin təjridxanasına salsalar da, Mövsum Səmədovun İlham Əliyevi sərt tənqid etməyin qurbanı olduğu aydın idi. QMİ-də bəyanatı da məhz Mövsum Səmədovun məlum çıxışı üzərində fokuslaşıb. Bununla da QMİ rəhbəri bilərəkdən, ya da bilməyərəkdən hakimyyəti ifşa edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.