2 yanvar 2011 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məkkəye Mükərrəmdə bir neçə günlük davam edən yağıntılar bu şəhər sakinləri və eləcədə liman şəhəri olan Cəddə sakinlərini xeyli problemlər ilə üzləştirmişdir. Məkkəye Mükərrəmin icra başcısı Xalid Feysəl baş vermiş hadisə ilə bağlı demişdir: Bu daşqın bir kişi və üç uşağı özü ilə aparmış lakin müxtəlif məntəqələrdə isə 200 insanın həyatına nicat vermək mümkün olmuşdur. Onların bəzilərini helekopterlər ilə bəzilərini isə yanğın söndürən maşınların köməkliyi ilə bu daşqından xilas etmişik.

Diqqət:Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır