İran İslam Şurası Məclisi Bədən Tərbiyəsi və Milli Gənclər Təşkilatının birləşdirilməsi ilə İdman və Gənclər Nazirliyinin yaradılmasına səs verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: millət vəkilləri parlamentin bugünkü açıq iclasında İdman və Gənclər Nazirliyinin təsis olunması layihəsini yekdilliklə təsdiqləyib.

Bu qərara əsasən yeni nazirlik Bədən Tərbiyəsi və Milli Gənclər təşkilatlarının insan resursu və imkanları hesabına onların bazasında yaradılacaq və bunun üçün lazımi islahatlar həyata keçiriləcəkdir.

İdman və Gənclər Nazirliyinin yaradılması haqda qanun layihəsi 2009-cu il iyulun 28-də birinci oxunuşda təsdiqlənmişdi və yekun layihə keçən həftə parlamentin müzakirəsinə çıxarıldı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.