30 dekabr 2010 - 20:30

Məhəmməd Hüseyn Fərhəngi: Qarabağ bizim yaralı yerimizdir. Orada şəhid olanları biz öz şəhidimiz kimi, yaralıları da yaralılarımız kimi qəbul edirik. İran Qarabağ məsələsinin həllində çox maraqlıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Qarabağ bizim yaralı yerimizdir. Orada şəhid olanları biz öz şəhidimiz kimi, yaralıları da yaralılarımız kimi qəbul edirik. İran Qarabağ məsələsinin həllində çox maraqlıdır. "

Bunu Təbriz şəhərinin İran İslam Respublikası İslami Şura Məclisində deputatı, doktor Məhəmməd Hüseyn Fərhəngi deyib.

Fərhəngi əlavə edib : " Ümid edirik ki, bu məsələ öz həllini tapacaq. Ermənistanın özünün fikir bildirmək qüdrəti olsaydı, bu məsələ asanlıqla öz həllini tapardı. Təbii ki, məsələnin iki ölkənin parlamentlərarası dostluq qrupunun vasitəsi ilə rəsmi müzakirəyə çıxarılması lazımdır”.

Parsabaddan olan deputat Vəkil Sepəh isə açıqlamasında deyib: “ Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir çalışır. Əlbəttə bu bizim üçün aydın deyil. Kənar ölkələr bu məsələnin həllində maraqlı deyillər. Məsələnin həlli yalnız region ölkələrinin vasitəsi ilə ola bilər”.

Vəkil Sepəh bildirib ki, münaqişə tərəfləri razılıq verəcəyi təqdirdə İran münaqişənin nizamlanmasında vasitəçilik edə bilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.