Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyədə "Kövsər" Təşkilatının alimlər birliyi Azərbaycan Respublikasında orta məktəblərdə tətbiq edilən hicab qadağasına etiraz bəyanatı veribl.
İmam Əli (ə)-ın "Hakimiyyət küfrlə davam edə bilər, zülmlə davam etməz" hədisini xarırlayan bəyanatda vurğulanıb : "İmam Hüseynin (ə) Aşura mərasimlərinin qeyd edildiyi bu günlərdə Hüseyn dostlarının hüznlü ürəyi Əhlibeyt ölkəsi Azərbaycandan gələn xəbərlərlə bir daha narahat və hüznə qərq olmuşdur. "
Türkiyə "Kövsər" Təşkilatının alimlər birliyi bəyanatında əlavə olunub : " Dünyanın bir çox bölgəsində cərəyan edən zülmün bir bənzəri, Azərbaycandakı müsəlman və salehə bacılarımıza qarşı tətbiq olunmaqdadır. Həmçinin müsəlman qadının iffət və şərəf simvolu olan müqəddəs hicablarına əl uzadılmaqla onu öz təbii hüququndan məhrum edilmək istənilir. Bizlər, bu haqsız və zülmkar qadağanı şiddətlə qınayır, Azərbaycan hökumətinin bu səhv addımından imtina edib öz müsəlman xalqının haqlı tələblərinə müsbət cavab verməyə çağırırıq. Həmçinin biz Azərbaycan hökümətini insan haqları və azadlıqlarına hörmət etməsini tələb edirik."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.