Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Müdafiə Nazirliyi Milli Ordunun əsgərlərinin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hadisə dekabrın 28-də saat 18.00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında qeydə alınıb. Mina partlaması nəticəsində 2009-cu ilin oktyabrında Qusar Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü əsgər Yunisov Sahil Dadaşbala oğlu yaralanıb.
2010-cu ilin aprelində Lerik Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü əsgər Seyfullayev Amid Mərdan oğlu isə həlak olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır