Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda orta məktəblərdə tətbiq olunan hicab qadağası artıq dünya səviyyəsində müzakirə olunmaqdadır.
Bu mövzu ilə əlaqədar Azərbaycandan bir qrup dindar İslam aləminin böyük mərcei təqlid müctehidlərindən olan Ayətullah Nuri Həmədanidən münasibət öyrəniblər.
Ayətullah Nuri Həmədani hicabın İslamın atributlarından olduğunu önə çəkərək deyib: “Bu layihə İslam dini ilə düşmən olan qərb dövlətlərinə aiddirr. Hicab Allahın vacibi hökmlərindəndir ki, bundan onlar qorxurlar.
Ümidvarıq ki, müsəlman dövləti olan Azərbaycan, müsəlmanların narahatçılığına xoşməramla cavab verəcək. Və hər bir müsəlmana da vacibdir ki, hicabı hifz etmək üçün səy və müqavimət etsin!”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır