26 dekabr 2010 - 20:30

Türkiyə bir daha İranın sülhsevər nüvə proqramına dəstək verib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin xarici işlər naziri İstanbulda etdiyi çıxışında Qərbin İranın dincməqsədli nüvə fəaliyyətlərinə qarşı məhdudiyyətlər qoymasını kəskin pisləyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu Türkiyənin region və dünya ölkələrinin atom bombasına yiyələnməsinə müxalif olmasına işarə edərək bildirib: Qərb dövlətləri xüsusilə də Amerika Birləşmiş Ştatları digər ölkələrin sülhməramlı nüvə fəaliyyətlərinə maneçilik törətməlidirlər.

Davudoğlu həmçinin rəsmi Ankaranın İranla bağlı düzgün siyasəti Türkiyənin beynəlxalq əlaqələrini yeni gücləndirib deyə əlavə edib: Qərbin “İran atom bombası düzəltmək ardıcadır” iddiası və İrana qarşı törətdiyi maneələr başqa ölkələri o cümlədən Türkiyəni bir sıra müəyyən problemlərlə üzləşdirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır