14 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İİR prezidenti deyib : Kərbəla hadisəsində bütün gördüklərimiz eşq , məhəbbət , ədalət və tövhiddir. Bu gün çərşənbə günü dekabrın 15-də Tehranın İmamzadə Saleh məqbərəsində İmam Hüseyn (ə) tasuası mərasimlərində iştirak edən İİR prezidenti Mahmud Əhmədinejad sonra deyib : Kərbəla bir tərəfdən Allahsevərlik , tövhid və ədalətin zirvə nöqtəsi , başqa tərəfdən isə kinlər və təkəbbürlərin kulminasiya nöqtəsidir.

Əhmədinejad "Nə üçün Kərbəla hadisəsi bu qədər mühümdür və nə üçün İmam Hüseyn (ə)-a Allah qanı söyləyirlər? " sualını ortaya ataraq deyib : Çünki o imamdir və imam Allah təalanın təzahürüdür və Allah təalanın ən böyük təcəllisi və Allah talanın ismi-Əzəmidir , bütün varlıqda cərəyan edir və varlığın amili və ruhudur. İ.İ.R-nın prezidenti sonra vurğulayıb : İmam Hüseyn (ə) xüsusi bir qrup , nəsil , təbəqə və irqə aid deyil , aləmin hər bir yerində olan və hər bir zamanda olan bütün insanlara aiddir.

Qeyd edək ki, İmam Hüseyn (ə) əzadarlığı mərasimi elə həmin məkanda İ.İ.R. prezidentinin iştirakı ilə keçirilibdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.