11 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ermənistan prezidenti Serj Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Angentliyin məlumatına görə iclasda 2011-2015-ci illərdə silah və hərbi texnikanın inkişafı üzrə dövlət proqramı müzakirə edilib. Şura üzvləri proqramı qəbul ediblər.

İclasda bildirilib ki, proqram Ermənistan silahlı qüvvələrində ortamüddətli planlaşdırma işlərinin nəticəsidir. Sənəd təhlükəsizliyə təhdidlərin neytallaşdırılması ilə bağlı tədbirləri nəzərdə tutur.

Təhlükəsizlik Şurası bəyan edib ki, yeni silahların alınması ilə Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyəti səviyyəsi artırılacaq.

Ermənistan tərəfi müharibə hazırlığı ilə yanaşı həmçinin elan edib ki, əgər Azərbaycan müharibəyə başlayacaqsa, onda Ermənistan Qarabağın müstəqilliyini tanıyacaqdır. Bunu Ermənistan prezidenti Serj Sarkisyan MDB Dövlət Başçıları Şurasının iclasında xüsusi olaraq vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.