İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin əhalisi bu karvanı çox səmimiyyətlə qarşılayıb.
Asiya qitəsinin müxtəlif ölkələrindən nümayəndəsi olan bu humanitar yardım karvanı bu gün 9 dekabr Qəzzəyə doğru yoluna davam edəcək. Karvana onlarla jurnalist də qatılıb.
Yeni Dehlidən hərəkətə başlayan bu karvan İrandan sonra Türkiyə, Suriya, Misirin Ələriş limanı istiqamətində Rəfəhdən keçərək Qəzzəyə daxil olmağı qarşıya məqsəd qoyub.
Qeyd edək ki, bundan əvvəl Qəzzə sakinlərinə humanitar yardım aparan gəmilər blokada vəziyyətini sındırmaq istəmişdilər. lakin bu gəmilər sionistlərin kəskin maneələri ilə üzləşmişdilər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.