Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:İranın baş nüvə müzakirəçisi Səid Cəlili bu dövlətlə Qərb arasında ötən gün dekabrın 7-də başa çatan danışlıqların nəticəsinə toxunaraq deyib : Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Katrin Şton təmsil elədiyi ölkələrin ortaq məsələlərdə əməkdaşlığa hazır olduqlarını bildirdi.
“İran xalqının hüquqları müzakirə predmeti ola bilməz” deyə iranlı baş nüvə müzakirəçisi qeyd edib ki, rəsmi Tehran altılar qrupunun “təzyiq altında dialoq ,ikitərəfli strategiya” adlı metoduna qarşı çıxır və onlar bu strategiyanı davam etdirib-etdirməyəcəklərini açıq deməlidirlər.
Cenevrədəki iki günlük iclasın yekunlarından söz açan İran Milli Təhlükəsizlik Ali Şurasının katibi danışıqların yanvar ayı İstanbulda davam etdiriləcəyini vurğulayıb.
Altılar qrupunun təzyiq vasitələrinə gəlincə İran hökumətinin rəsmisi deyib : Təzyiq və təhdid ritorikası yol verilməzdir . Çünki İran tərəfi konstruktiv dialoqun tərəfdarıdır.
Cənab Cəlili sonda qeyd edib ki, qətnamədən danışan tərəflər hazırda İran İslam Respublikasının öz siyasi-iqtisadi potensiallarından istifadə edərək daha güclü mövqe qazandığını etiraf etməyə başlayıblar
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.