Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dekabrın 5-də Cenevrədə başlamış İran və «altılıq» (ABŞ, Çin, Böyük Britaniya, Fransa, Rusiya) arasındakı Tehranın nüvə proqramına dair danışıqlar bu gün davam etdiriləcək.
Bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun mətbuat katibi Mayya Koşançiç məlumat verib.
«Altılığ»ın xarici işlər nazirləri müavinləri səviyyəsində təmsil olunmuş nümayəndə heyətinə Eşton başçılıq edir. İran nümayəndə heyətinin rəhbəri ölkənin Ali Milli təhlükəsizlik şurasının katibi Səid Cəlilidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.