2 noyabr 2010 - 20:30

Sumqayıtda 24 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıt şəhər Polis İdarəsindən bildirilən məlumatda,  Sumqayıtda 24 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

Hadisə “Dəmir-Beton” ASC-nin inzibati ərazisində qeydə alınıb. Hündür mərtəbəli binanın damında işləyən 24 yaşlı Fürqan Əhmədov hündürlükdən yıxılıb. Nəticədə o, təcilli olaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır