28 noyabr 2010 - 20:30

Moldovada keçirilən növbədənkənar parlament seçkilərində Kommunist Partiyası qalib gəlib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Moldovada keçirilən növbədənkənar parlament seçkilərində Kommunist Partiyası qalib gəlib.

“RİA Novosti”inin verdiyi məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yevgeni Ştirbu bülletenlərin 91,1 faizi sayıldıqdan sonra kommunistlərin 41,2%, Liberal-Demokrat Partiyasının 28%, Demokrat Partiyasının 13,2%, Liberal Partiyasının isə 8,8% səs topladığını açıqlayıb. Ümumilikdə seçkidə 20 partiya və 19 müstəqil namizəd iştirak edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır