Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 1905-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində tikilən Faxralı məscidilə bağlı problem növbəti dəfə ABŞ Dövlət Departamentinin hesabatında öz əksini tapıb.
Hesabatın Faxralı məscidilə bağlı hissəsində deyilir: “2009-cu ilin sentyabrın 16-da gürcü fundamental pravoslavlar qrupunun nümayəndələri etnik azərbaycanlıların yaşadığı kənddə məscidin təmirinə yol verməyib. Qrupun üzvləri heç bir hüquqları olmadan kənd sakinlərindən təmir-bərpa işlərinə icazəni tələb ediblər. Qrup üzvləri kənd sakinlərinə bərpa işlərinin davam etdiriləcəyi təqdirdə hədə-qorxu gəliblər. Kənd sakinləri bildiriblər ki, bərpa işləri üçün yerli hakimiyyət orqanından icazə alıblar. Hesabat dövrünün sonunda məscidin təmir-bərpa işləri tamamlanmayıb, belə ki, hökumət tərəfindən rəsmi icazə məsələsi həllini tapmayıb. Fundamental pravoslavlar qrupunun üzvləri məsciddə bərpa işlərinin davam etdirilməməsi üçün məscid yaxınlığında növbə çəkirdilər. Qrupa daxil olan Pravoslav Valideynlər Birliyinin sədri təsdiq edib ki, o, məscid ətrafında növbə çəkib. Onun sözərinə görə, məscidin lazımı icazə olmadan bərpası qeyri-qanunidir”.
Qeyd edək ki, Faxralı məscidi ilə bağlı problem ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan hüquqları və əmək məsələləri üzrə Bürosunun ötən ilki hesabatında da öz əksini tapmışdı. Amma bununla belə hələdə ABŞ tərəfindən Gürcüstana qarşı heç bir ciddi addım atılmamışdır. Təcrübə onu göstərir ki, belə bir addımın Ağ Ev tərəfindən atılması qeyri mümkün olan bir işdir, olsada sadəcə kağız üzərində qalacaq, necəki Erməni vandalların Azərbaycanın işğal etdikləri ərazilərdə məscid və qəbirsanlıqları bərbad vəziyyətə salmalarına baxmayaraq ABŞ onlarıa hətta gözün üstə qaşın var belə demədi, demir və deməyəcəkdə, İsraildə sionist vəhşiləri məscidləri dağıtdıqda da ABŞ onları qınamadı əksiə onlara bəraət qazandırdı! Çox uzağa getmək lazım deyil! ABŞ-ın özündə Şeytan Pərəst Xristian rahibi Terri Jones Qurani Kərimə olmazın hörmətsizlikin etdi və bu hərəkəti ilə bir milyard yarım müsəlmanların etiqadın və mənəviyyatın alçatdı ABŞ isə əvəzində ona yağ və ballı çörək yidizdirir!!!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır