Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Imam Xamneyi cənabları dünən hörmətli müctehidlərlə görüşməkdən ötrü ikinci dəfə müqəddəs Qum şəhərində qısa müddətli səfərdə oldu. İmam Xamnei Ayətullah Nuri Həmədani, Məkarim Şirazi və Cəfər Sübpani cənablarının evinə gedərək onlarla görüş keçirtdi.
Qeyd edək ki, İmam Xamnei həzrətləri özünün müqəddəs Quma etdiyi 10 günlük səfərində bir çox müctehidlər, alimlər və tələbələr İmamın öz qaldığı məkanda onunla görüş keçirtmişdilər.
İmam Xamnei cənablar bundan öncədə dəfələrlə Quma qısa müddətli səfərlər etmiş və islam dünyasının hörmətli müctehidləri ilə görüş keçirtmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır