Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kəşf olunmuş şəhərin qalıqları hal hazırda təmir olunur. Qazıntı zaman şəhərdən tapılan bütün əşyaları Cordoba şəhərinin yaxınlıqındakı muzeyə ümumi baxışa çıxartmaqdan ötrü veriləcək.
Qeyd edək ki, 90 illik hökümət sürən Bəni Üməyyə dövləti 132-ci hicri qəməri ilində (miladi 749-cu ildə) sona yetdikdən sonra, Hişam ibn Əbdul Məlikin nəvələrindənsayılan Əbdur Rəhman Əd daxil ləqəbi ilə məhşur olan Əbdur Rəhman ibn Muaviyə Əbbasi xəlifələrinin çəngindən qaçaraq Afrikanın şimalına, Mərakeşə sığındı. Bir müddətdən sonra Əbdur Rəhman İspaniyada baş verən iğtişaşlardan, Bər-Bərlərlə Ərəb tayfaları arasında baş verən ixtilaflardan istifadə edərək Bəni Üməyyə tərəfdarlarının və Yəmənlilərin köməyi ilə qoşun düzəldərək 138-ci hicri qəməri ildə (miladi ilə 755-ci ildə) Əndəlusa (indiki İspaniyaya) daxil oldu. O Cordoba şəhərini təsərrüf edərək Əbbasi dövlətinin müqabilində qudrətli bir Əməvi dövlətinin əsasın qoydu.
III-cü Əbdur Rəhman özünü xəlifə elan etdikdən sonra siyasi və idolloji məqsədlərini həyata keçirtməkdən ötrü “Mədinətuz Zəhra” şəhərinin salınmasına sərəncam verdi.
O, bu işi ilə həm xalqa həmdə özünün Əbbasi və Fatimilər dövləti kimi siyasi rəqibərinə mühüm bir peyğam göndərdi. O, bu hərəkət ilə özünün hansı həddə qüdrətli olduğunu göstərərək böyük bir şəhərin salınmasına da qadir olduğunu bildirdi.
Bu günə kimin kəşf olunmuş şəhərin yalnız 11%-də qazıntı işləri aparılmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır