Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fransa Senatı üçhəftəlik debatlardan sonra bütün ölkədə etiraza səbəb olmuş pensiya islahatına səs verib. Bu barədə Senatın vitse-spikeri Bernar Frima məlumat verib.
177 senator islahatın lehinə, 153 nəfər isə əleyhinə səs verib, 9 senator bitərəf qalıb.
İndi parlamentin yuxarı və aşağı palatalarının dəstəklədikləri islahat layihəsinin 2 variantını parlament komissiyası birləşdirməlidir. Yekun səsverməni hər iki palata artıq gələn həftənin çərşənbə günü keçirə bilərlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.