Əhl Beyt -ABNA– xəbər agentliyi xəbər verir : ABŞ-ın Pakistandakı səfiri Enn Patterson ötən həftə NATO helikopterlərinin hücumu zamanı Pakistan hərbçilərinin həlak olmasına görə üzr istəyib.

Patterson bildirib ki, sentyabrın 30-da Əfqanıstanla sərhəddə yerləşən Orakzay əyalətində baş verən

hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Pakistan rəsmiləri ölənlərin sayının 3 olduğunu bildirirlər.

Pattersonun sözlərinə görə, NATO hərbçiləri Pakistan əsgərlərini qiyamçılarla səhv salıblar. Hazırda hadisənin detalları araşdırılır.

Diqqət : Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.