?>
Geydərin Hiyləgərlikləri Silsiləsindən

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 4)

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 4)

...Bəzən belə fikir səsləndirirdi ki, İran və Azərbaycan birlikdə Rusiyanı onun həqiqi sərhədlərinədək geri oturda bilərlər; çünki Dağıstan, Tatarıstan, Çeçenistan, İnquşetiya və Osetiya tamamiylə rusların hakimiyyətindən narazıdır. Əlbəttə müharibədə çarəsiz duruma düşdükləri, Rusiyanın ermənilərə dəstək verməsi ücbatından bu kimi mövqelər tutduqlarını nəzərə alaraq etimad edə bilmərik...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müharibə gedərkən Bakıda İran və Azərbaycan Respublikası prezidentləri arasındakı görüşdən çox önəmli detallar

1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmiş məşhur siyasətçi mərhum Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü il oktyabr ayının 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Ayətullah Haşimi Rəfsəncaninin gündəlik xatirələrinin bu səfər günlərinə təsadüf edən hissəsində maraqlı məlumatlar öz əksini tapır. Mərhum Haşimi Rəfsəncanının bu səfərdə Azərbaycan Respublikasının keçmiş prezidenti Mərhum Heydər Əiyev ilə hər yerdə birlikdə olduğunu eləcə də həmin illərin Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın çətin dövrü olduğunu nəzərə alaraq bu məlumatlar İran-Azərbaycan əlaqələrinin hansı təməllər üzərində və necə qurulduğu barədə ciddi təsəvvür yaradır.

Dördüncü Hissə: 29 oktyabr 1993

 

...Demək olar ki, hər yerdə və baxış keçirərkən prezident mənimlə birlikdə idi və yollarda, avtomobildə söhbət üçün fürsət çox idi, səfirimiz də həm yaxşı tərcüməçi həm də etimadediləsi bir şəxs olaraq həmişə bizimlə birlikdə idi. Diqqət çəkən məqam, səfirimizə olan yüksək etimadları idi, buna görə elə sirli məsələləri söhbət etdik.

Təkrar səsləndirilən önəmli fikirlərindən biri bundan ibarət idi ki, İran ermənilərlə müharibə fürsətindən faydalanaraq Azərbaycandakı nüfuzunu gücləndirə bilər. Bəzən də deyirdi bura İranın olub və indi də gəlin müdafiə edin və idarə edin, Naxçıvanda olarkən də, buna oxşar fikirlər səsləndirirdi və belə təhlil verirdi ki, siz Azərbaycanı nəzarətə götürsəniz Rusiyanın bütün Qafqaza olan hegemoniyası sarsılacaq.

Bəzən belə fikir səsləndirirdi ki, İran və Azərbaycan birlikdə Rusiyanı onun həqiqi sərhədlərinədək geri oturda bilərlər; çünki Dağıstan, Tatarıstan, Çeçenistan, İnquşetiya və Osetiya tamamiylə rusların hakimiyyətindən narazıdır. Əlbəttə müharibədə çarəsiz duruma düşdükləri, Rusiyanın ermənilərə dəstək verməsi ücbatından bu kimi mövqelər tutduqlarını nəzərə alaraq etimad edə bilmərik. Xüsusiylə də ona görə ki, Cənab Niyazovun dediklərinə görə bunlar MDB-də və Xəzərdə (status) rusların istəkləri ilə koordinasiyadadırlar.

Cənab Niyazovu da tənqid edirdi. Deyirdi ki, get gedə şah Sultan olur. Bu fikrini (Niyazovun) heykəl ucatmaları, öz adı ilə adlandırmaları, medialarda ifrat tərifləmələri və müxalifəti aradan götürməsi ilə izah edirdi; Nazarbeyev kimi o da belə qənaətdə idi ki, Rusiyada baş verən hadisələrin arxasında sionist yəhudilər dururlar. Əlbəttə çox da reallıqdan uzaq demirlər. Ümumiyyətlə digər prezidentlərlə müqayisədə daha düşüncəli və daha peşəkardır, amma Azərbaycanı idarə etməkdə çətinlik çəkir və bütün problemlərində xalq cəbhəsini günahlandırırlar.

Rəsmi yolasalma mərasimi ilə Tehrana uçduq. Axşam çatdıq. Rəsmi qarşılama və Aeroportun Respublika pavilyonunda geniş müsahibə oldu. Evə doğru yola düşdük, yağış da yağırdı. Günortadan başlamışdı. Azərbaycanda isə dünən gecədən başlamışdı.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*