?>
Geydərin Hiyləgərlikləri Silsiləsindən

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 3)

1993-cü ildə Azərbaycan Respublikasına səfər etmiş Mərhum prezident Haşimi Rəfsəncaninin Bakı xatirələri (Hissə 3)

...Dedim ki, bu böyük bir qərardır və bir çox regional və beynəlxalq təsirləri olacaq, onun nəticələrini bütün cəhətlərdən araşdırmalı və bu Tehranda olmalıdır, sonra cavab verərik. Amma təcili olaraq hələlik atəşkəs rejiminin bərqərar olunmasına səy göstərməliyik, siz Zəngilan itirilməsin deyə müqavimət göstərməlisiniz...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Müharibə gedərkən Bakıda İran və Azərbaycan Respublikası prezidentləri arasındakı görüşdən çox önəmli detallar

1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti vəzifəsində fəaliyyət göstərmiş məşhur siyasətçi mərhum Əli Əkbər Haşimi Rəfsəncani 1993-cü il oktyabr ayının 26-da Azərbaycan Respublikasına rəsmi səfər edib. Ayətullah Haşimi Rəfsəncaninin gündəlik xatirələrinin bu səfər günlərinə təsadüf edən hissəsində maraqlı məlumatlar öz əksini tapır. Mərhum Haşimi Rəfsəncanının bu səfərdə Azərbaycan Respublikasının keçmiş prezidenti Mərhum Heydər Əiyev ilə hər yerdə birlikdə olduğunu eləcə də həmin illərin Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın çətin dövrü olduğunu nəzərə alaraq bu məlumatlar İran-Azərbaycan əlaqələrinin hansı təməllər üzərində və necə qurulduğu barədə ciddi təsəvvür yaradır.

Üçüncü Hissə: 27 oktyabr 1993

(İkinci Hissənin Davamı)

...Ermənilərin guya 1980-ci ildə yaydıqları böyük Ermənistan xəritəsini göstərdilər, orada Qara dənizdən Xəzər dənizinədək, cənubda Urmiyəyədək və qərbdə Türkiyə və Suriya ərazilərinədək şamil olurdu.

Dedim ki, bu böyük bir qərardır və bir çox regional və beynəlxalq təsirləri olacaq, onun nəticələrini bütün cəhətlərdən araşdırmalı və bu Tehranda olmalıdır, sonra cavab verərik. Amma təcili olaraq hələlik atəşkəs rejiminin bərqərar olunmasına səy göstərməliyik, siz Zəngilan itirilməsin deyə müqavimət göstərməlisiniz...

Həmən iclasda Doktor Vilayəti Ermənistanın xarici işlər nazirinin müavini ilə əlaqə saxladı və mənim mesajımı Ermənistan prezidentinə çatdırdı. Mən dedim ki, öncəki telefon söhbətimizdə ermənilərin olduqları mövqedə dayanmaları barədə razılaşmışdıq və son günlərin əməliyyatları o razılığı pozmuşdur, sakit tonda bir növ təhdid də etdim. Ermənistan prezidenti mənimlə danışmaq istədi mən də razılaşdım...

Cənablar Ruhani, Vilayəti və Vaizi gəldilər. Qarabağ müharibəsi barədə mövqelərimizi müzakirə etdik. Yenə də Əliyev ilə təkbətək, onları ermənilərlə müharibədə dəstəkləməyimiz barədə danışıqlar apardıq və sonda yekun nəticə bundan ibarət oldu ki, atəşkəsin təmin olunması, Zəngilanın mühafizəsi və geriçəkilmə barədə siyasi səy göstərək və Zəngilanda mühasirəyə alınanlara yardım üçün yolu açıq saxlayaq və sərhəddə hərbi təlim keçirək ki, bizim hərbçilər müdafiənin hansı keyfiyyətdə olması barədə müzakirələr aparsınlar və müdafiə birliyi təklifini Tehranda araşdıraq sonra cavab verək.

Atəşin səngiməsi barədə xəbər gəldi. Bu xəbərlə şam yeməyinə getdik. Çox geniş zalları var, yüzlərlə qonaq dəvət olunmuşdu. Musiqi nömrələri ifa olundu. Şamdan sonra atəşkəs barədə durumu öyrənmək istədik, bəlli oldu ki, icra olub.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*