17 sentyabr 2010 - 19:30

Son vaxtlar adı qalmaqallarda hallanan İsrail kəşfiyyatı (“Mossad”) daha bir ittihamla üzləşib.

 Əhl Beyt-ABNA-xəbər agentliyi -“Mossad” bu dəfə Misirin keçmiş prezidenti Camal Əbdünnasirin kürəkəni Əşrəf Mərvanın qətlində günahlandırılır.

Bu iddianı milyarder və silah alverçisi olan Ə.Mərvanın həyat yoldaşı Muna Nasir Böyük Britaniyada nəşr olunan “Observer” qəzetinə müsahibəsində dilə gətirib. O, 2007-ci ilin iyun ayında Londondakı villasının 5-ci mərtəbəsindəki balkondan düşərək ölən Ə.Mərvanın öldürüldüyünü bildirib: “Həyat yoldaşım mənə üç dəfə “Öldürülə bilərəm, çoxlu düşmənim var” demişdi. Bundan sonra balkonun altında ölmüş vəziyyətdə tapıldı. Onu “Mossad” öldürdü”.

M.Nasir deyib ki, həm İsrailə, həm də Misirə casusluq etməkdə günahlandırılan həyat yoldaşı balkondan yıxıldıqdan sonra orada Orta Şərq tipli iki nəfər görüb: “Bu haqda ilk dəfə danışıram. Çünki həqiqət ortaya çıxmalıdır