Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən «Cəlal Əliyev deputat kimi öz fəaliyyətini göstərir. Amma bircə  iclaslarda iştirak etmir. Səhəti imkan versə, iclaslara da qatılacaq».  Bu sözləri Milli Məclisin İntizam Komitəsinin sədri Ağacan Əbiyev akademik-deputat Cəlal Əliyevin parlamentin iclaslarına qatılmaması barədə sualı cavablandırarkən səsləndirib.

Komitə sədri bildirib ki, Cəlal Əliyev səhətində olan problemlər onun iclaslarda iştirakına mane olur.

Başqa deputatların iclasa gəlməməsinə də toxunan A.Əbiyev deyib ki, həmin şəxslər xaricdə toplantılarda olduqlarından iclasa gələ bilmirlər: «Bu isə o deməkdir ki, deputatlarımız boş dayanmır, işləyirlər».

Pərviz