Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən bu gün Polşada növbədənkənar prezident seçkiləri keçirilir. ABNA-ya görə, prezident postu uğrunda 10 namizəd mübarizə aparır. Onların arasında Smolenks yaxınlığında baş verən təyyarə qəzasında faciəli şəkildə həlak olmuş Polşa prezidenti Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski və parlamentin aşağı palatasının sədri, prezidentin səlahiyyətlərini icra edən Bronislav Komarovski də var.

Məhz bu iki şəxs seçkiöncəsi yarışmada lider olub. Bəzi analitiklər isə seçkinin qalibinin ikinci turda məlum olacağını proqnozlaşdırırlar.

Səsvermə bu gün yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 9.00) başlayıb və 20.00-da (Bakı vaxtı ilə saat 23.00) bitəcək.

Qeyd edək ki, bu il aprelin 10-da Polşa prezidentinin Smolenks yaxınlığında qəzaya uğraması nəticəsində L. Kaçinski və həyat yoldaşı Mariya Kaçinskaya da daxil olmaqla 96 nəfər həlak olub.