Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən ABŞ Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Azərbaycan həm insan alveri qurbanlarının mənbəyi, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir. Moldova, Özbəkistan və Qazaxıstandan qadınlar fahişəliklə məşğul olmaq üçün Azərbaycan vasitəsilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə göndərilir. Qeyd edək ki, Azərbaycanda Ukrayna, Qazaxıstan, Rusiya və Moldovadan olan qadınlar fahişəliklə məşğul olur.
Məlumat üçün bildirək ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin miqrasiya idarəsinin rəisi Rauf Tağıyev “Amerikanın səsi” radiosuna bildirib ki, hesabatda Azərbaycanda Bosniya, Serbiya, Makedoniya və Çindən olan kişilərin məcburi əməklҝ
məşğul olması barədə yazılanlar reallığı əks etdirmir. Yalnız Serbiya ilə bağlı müəyyən problemlər olub, o da aradan qaldırılıb.