Əhl Beyt-ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İsrailli bir qrupun yaxtalarla Kiprə, adanın yunanlar yaşayan hissəsinə gələrək “Türkiyənin Kipri işğal etməsi”nə etiraz bildirmək planları barədə danışan Şimali Kipr Türk Respublikasının prezidenti Dərviş Əroğlu deyib ki, əgər yəhudi yaxtaçılar ərazi sularımıza girərlərsə, türk qonaqpərvərliyini görəcəklər: “Heç bir şəkildə israillilərə silahlı müdaxilə edilməyəcək”.
Əroğlu İsrail ordusunun Qəzzaya yardım aparan gəmi karvanına basqınının ardından gərginləşən Türkiyə-İsrail münasibətlərini daha da şiddətləndirmək istəyən, aralarında israilli vəkillərin də olduğu 400 yaxtalıq karvanın Kiprə gəlməsinə dözümlü yanaşacaqlarını bildirib. Əroğlu deyib ki, yəhudilər Magosa limanına da gəlsinlər: “Qoy onlar Kiprin işgal altında olmadığını, Türkiyə Silahlı Qüvvələrinin müdaxiləsi ilə ŞKTR-in öz müstəqiliiyinə qovuşduğunu və demokratik bir ölkə olduğunu görsünlər. Biz əsla onlara şiddət göstərməyəcəyik. Əksinə, onlara müxtəlif şeylər ikram edəcəyik".