Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən Rusiya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasında İrana sanksiyaları nəzərdə tutan qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilr ki, sanksiyalar İranın qeyri - hərbi sahədə fəaliyyətini məhdudlaşdırmayacaq. BMT Təhlükəsizlik Şurasında qəbul edilən 10 səhifəlik sənədə əsasən, İran İslam Respublikasının xaricdəki banklarının nüvə və ya raket proqramı ilə əlaqəsi aşkarlandıqda onların fəaliyyətinə də sanksiyalar tətbiq olunacaq. Ekspertlər hesab edir ki, yeni sanksiyalar 40 şirkət və 40-dan çox yüksək vəzifəli hökumət rəsmilərinin fəaliyyətini məhdüdlaşdıracaq. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi yeni sanksiyalardan sonra Rusiya İranla hərbi texniki əməkdaşlığı dayandırıb. Moskva bu addımını BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi ilə əsaslandırıb. Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır ki, şərtlər BMT nizamnaməsinin 41 maddəsinə uyğundur və güc tətbiqini nəzərdə tutmur. Yeni sanksiyaların qəbulunda məqsəd İran tərəfinin atom enerjisi üzrə beynəxalq agentliklə əməkdaşlığını genişləndirmək və bu ölkənin nüvə proqramı ilə bağlı problemlərini həll etməkdir. Qətnamə İrana beynəlxalq birliklə müxtəlif sahələrdə əlaqələri genişləndirmək imkanı da verir. Vaşiqtonda əmindirlər ki, kəskin sanksiyaların tətbiqi Tehranı nüvə proqramından daşındıra bilər. Amerika prezidenti Barak Obama bildirib ki, konstruktiv dialoq üçün qapılar İranın üzünə həmişə açıqdır. Bu BMT Təhlükəsizlik Şurasının son dörd ildə İrana qarşı qəbul etdiyi beşinci qətnamədir. Yeni sankisaylar İsrail və Yaponiya tərəfindən də alqışlanıb. İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, beynəlxalq ictimaiyyət İranın nüvə proqramına zərbə endirməlidir. Yaponiyanın xarici işlər naziri Katsuya Okada isə Tehranı nüvə proqramı ilə bağlı danışıqlara çağırıb. İran prezidenti Mahmud Əhmədinecatsa BMT–nin yeni sanksiyalarını mənasız adlandırıb. İranın «AEBA»-dakı nümayəndəsi Əli Əsgər Soltaniyə ölkəsinin nüvə proqramından imtina etməyəcəyini açıqlayıb.