Dünən BMT-nin Təhlükəsizlik Şurasında İrana sanksiyalar üçün razılıq verən Rusiya, bu gün S-300 raketlərini rəsmi Tehrana satmaqda davam edəcəyini açıqlayıb
Əhl Beyt-ABNA-xəbər agentliyinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında dünən keçirilən səs vermədə İrana sanksiyalar üçün razılıq verən Rusiyanın S-300 raketlərini bu ölkəyə satışını dayandıracağı təxmin edilirdi. Lakin Rusiya rəhbərliyi bu gün rəsmi olaraq
bildirib ki, adı çəkilən raketlərin satışında heç bir fasilə yaranmayacaq. Qeyd edək ki, Rusiya Xarici işlər nazirliyindən verilən məlumatda, rəsmi Moskvanın sanksiya ilə bağlı verdiyi qərarın, İrana silah satışına heç bir problem yaratmadığı bildirilib. Məlumat üçün bildirək ki, BMT-nin İrana qarşı verdiyi sanksiya qərarında bu ölkəyə silah satışının qadağan edilməsi öz əksini tapmışdı.