Türkiyənin Adli xəstəxanası 9 nəfərin odlu silahlarla vurularaq öldürüldüyünü açıqlayıb
Türkiyə mətbuatına istinadən verilən məlumata görə, ölənlərdən 8i türk, biri isə türk əslli ABŞ vətəndaşı olub. İsrailin Qəzzaya kömək aparan gəmilərə hücumunda həyatını itirən 9 nəfərin cənazəsi Adli xəstəxanasından aparılıb. Təyyarə ilə, dünən gecə Türkiyəyə gətirilən cənazələr Adli xəstəxanasından dəfn edilmək üçün aparılıb.
İHH humanitar yardım vəqfi Kayseri sözcüsü Ömər Yağmur, jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ölənlər arasında olan 19 yaşlı Furkan Doğana yaxın məsafədən və yuxarıdan atəş edilib. Ona 5 güllə dəyib. Güllələrdən 4-ü başından 1 isə sinəsindən dəyib
İsrailin öldürdüyü Amerika vətəndaşı Furqan Doğan, gəmiyə minməmişdən əvvəl hamıdan halalıq almışdı.