Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Tramp və Netanyahunun İrana yenidən hücum məsələsində şiddətli mübahisəsi və hay-küyləri barədə xəbərlərin yayılması bir daha medianın diqqətini Vaşinqton və Tel-Əviv arasındakı mümkün fikir ayrılıqlarına yönəldib. Belə ki, Netanyahu İrana qarşı müharibənin bərpasını istəyir, Tramp isə danışıqların və diplomatiyanın davam etdirilməsini vurğulayır; İsrailin Baş nazirinin ofisi isə bu xəbəri təkzib edib.
Tramp və Netanyahunun İrana yenidən hücum məsələsində şiddətli mübahisəsi barədə xəbər, strateji bir yarılmanın əlamətindən çox, hesablanmış siyasi və kəşfiyyat oyunu ilə bağlı həyəcan siqnalı ola bilər.
Bu, Vaşinqton və Tel-Əviv arasındakı zahiri fikir ayrılıqlarının mediada önə çıxarılmasının ilk halı deyil. Keçmiş hərbi qarşıdurma və danışıqlar təcrübəsi göstərib ki, diplomatiyanın nümayişi və hərbi təhdid mütləq iki zidd yol deyil; bəzən bir-birini tamamlayan pazel tikələridir.
İndi ictimaiyyət inanmalıdır ki, Netanyahu müharibəyə can atır, Tramp isə bunun qarşısını almağa çalışır. Bəs hansı təminat var ki, bu rol bölgüsü hiylə əməliyyatının bir hissəsi olmasın? Və bu əməliyyatda İran üçün siyasi və ya hərbi çaşqınlıq zəmini yaradılmasın?.
Əlbəttə, hələ bu fikir ayrılığının uydurma olduğunu sübut etmək üçün kifayət qədər dəlil yoxdur; eynilə iddia edilən mübahisənin özünün də müstəqil təsdiqi olmadığı kimi. Bununla belə, hətta hücumun vaxtı və üsulu barədə real fikir ayrılığı da son məqsəd barədə fikir ayrılığı demək deyil.
Əsas məsələ Tramp və Netanyahunun həqiqətən bir-birinə qışqırıb-qışqırmadığı deyil; əsas məsələ budur ki, belə bir rəvayətin yayılması İranın qərar qəbul edənlərinin zehnində hansı təsəvvürü yaratmaq istəyir.
Belə bir şəraitdə ən təhlükəli səhv, Tehrandakı qərar qəbul edənlərin öz təhlükəsizliyini iki müttəfiqin mediada əks olunan fikir ayrılıqlarına əsaslandırmasıdır. İstər bu hadisə real bir dava olsun, istərsə də saxta bir müharibə — media səs-küyünün strateji çaşqınlıq üçün alətə çevrilməsinə imkan vermək olmaz.
Sizin rəyiniz