Deyerler.org: Ağ Ev bəyan edib ki, İran, Türkiyə və Brazliyanın zənginləşdirilmiş uranın mübadiləsi üzrə razılaşmasını müsbət addım kimi dəyərləndirmək olar, lakin, ABŞ-ın İranın bütün öhdəliklərə sadiq qalacağına dair ciddi şübhələri var, - “SalamNyus” xəbər verir.
Ağ Ev bildirib ki, nüvə yanacağının mübadiləsi haqqında razılaşma MAQATE-yə təqdim olunmalıdır. ABŞ düşünür ki, bu razılaşmaya beynəlxalq ictimaiyyət tərəfindən baxılmağa başlanmazdan öncə, bunu etmək lazımdır.
Rusiya prezidenti Dmitri Medvedev isə öz növbəsində İran, Türkiyə və Braziliyanın uranın mübadiləsinin Türkiyə ərazisində aparılması haqqında razılaşmasını böyük təqdirlə qarşılayıb. O, belə bir bəyanatla Ukrayna prezidenti Viktor Yanukoviç ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.