Bu gün, mayın 11-də, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi və "Nərgiz" qadınlar cəmiyyətinin təşkilatçılığı, İslam-Azeri.az internet qəzetinin informasiya dəstəyi ilə Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadəti münasibətilə böyük və möhtəşəm tədbir keçirilib. Tədbirdə çox sayda mömin və möminələr iştirak ediblər.
Məclisi qareyi-Quran Hacı Ruslan Qasımov Quran ayələrinin tilavətilə açıb .Daha sonra Xanım Fatimeyi-Zəhra (s.ə.) və Quranda onun barəsində nazil olan ayələr, hədislər və təfsiri haqqında "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin ruhanisi, Quran və Hədis Elmləri mütəxəssisi, Quran hafizi, Hacı Zülfüqar Mikayılov söz açıb. Sonra isə söz "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədova verilib. Hacı Mehdi gələnləri salamlayaraq, onlara mərasimə qatıldıqlarına görə təşəkkür edib, Azərbaycan xalqının əsirlər boyu Allaha, Qurana və Əhli-Beytə bəslədiyi məhəbbətdən danışıb. Daha sonra "Nərgiz" qadınlar cəmiyyətinin nümayəndəsi Günel xanım çıxış edib.Tədbirin davamında xanımlardan ibarət "Bətul" dini ilahilər qrupu Xanım Fatimeyi Zəhra (s.ə.) barədə qəmli mahnı səsləndirib.Əhli-Beyt şairi Aqşin Fatehin də Xanım Fatimeyi Zəhra (s.ə.) barədə qəzəli tədbir iştirakçılarının könlünü oxşayıb.Sonda Əhli-beyt
rozaxanı Kərbəlayi Hikmət qəzəl və roza oxuyub.




