HaqqYolu – Türkiyənin Hürriyyət qəzeti xarici işlər naziri Davudoğlu ilə İran xarici işlər naziri Mənuçöhr Müttəkinin mətbuat konfransı barədə məlumat verir. İran xarici işlər naziri deyib: “İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə 5+1 qrupunun nümayəndəsi, Avropa Birliyinin xarici siyasət idarəsinin rəisi Katrin Eştonun görüşü Türkiyədə baş tuta bilər.” Müttəki bu təklifin Türkiyə tərəfindən irəli sürüldüyünü və İranı qane etdiyini bildirib. Sadəcə görüş vaxtının müəyyənləşdirilməsi qalır.