7 oktyabr 2026 - 16:42
Almaniyanın Vuppertal şəhərində 18 ildən sonra ilk İslam qəbiristanlığının təməl daşı qoyuldu

Almaniyanın Vuppertal şəhərindəki ilk İslam qəbiristanlığı təxminən 18 illik burokratik maneələri keçdikdən sonra həyata keçirilmə mərhələsinə qədəm qoyub; rəsmilərin sözlərinə görə, bu layihə müsəlmanların İslam ayinlərinə uyğun dəfn edilməsi imkanı yaratmaqla yanaşı, hm də müsəlman icmasının bu ölkəyə mənsubluğunun və varlığının simvolu olacaq layihədir.

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Alman mediasının verdiyi məlumata görə, Almaniyanın Vuppertal şəhərində ilk İslam qəbiristanlığının təməl daşı şəhər rəsmilərinin, İslam qurumlarının nümayəndələrinin və şəhərin bir qrup siyasi və dini xadiminin iştirakı ilə qoyulub. Bu layihə təxminən 18 illik planlaşdırma və inzibati və hüquqi maneələri aşdıqdan sonra həyata keçirilmə mərhələsinə qədəm qoyulmuş layihədir.

Müsəlmanların qəbiristanlığı təxminən 19.000 kvadrat metrlik ərazidə, xristian və yəhudi qəbiristanlıqlarına bitişik ərazidə inşa ediləcək.

Layihənin təməlqoyma mərasimində şəhər icmasının, siyasətçilərin, şəhər idarəçiliyinin və dini icmaların təxminən 100 nümayəndəsi iştirak edib və Vuppertal meri Miriam Şərəf də bu layihənin fəxri nəzarətini öz üzərinə götürüb.

Vuppertal İslam Qəbiristanlığı Fondunun prezidenti və Almaniya Müsəlmanları Mərkəzi Şurasının vitse-prezidenti Samir Buissa bu layihənin həyata keçirilməsinin uzun prosesinə toxunaraq onu müxtəlif şəxslərin və qurumların illərlə davam edən səylərinin nəticəsi kimi xarakterizə edib.

Planlaşdırmaya əsasən, birinci mərhələdə bu qəbiristanlıqda təxminən min dəfn yeri yaradılacaq və bu hissənin 2027-ci ilin mart ayına qədər tamamlanması gözlənilir.

Növbəti mərhələlərdə bu kompleksdə görüş, ünsiyyət və sosial qarşılıqlı əlaqə üçün bir məkan yaradılacaq ki, bu da ziyarətçilər üçün əlçatan olacaq.

Hesabatda vurğulanır ki, bu layihənin əhəmiyyəti Vuppertal şəhəri ilə məhdudlaşmır, çünki onilliklərdir Almaniyada yaşayan bir çox müsəlman üçün bu ölkə onların yaşadığı, ailələrini böyütdüyü və nəticədə dəfn olunduğu yerdir.

Bu baxımdan, Vuppertal İslam Qəbiristanlığı Alman cəmiyyətində mövcudluğun, mənsubiyyətin və dini müxtəlifliyin tanınmasının simvolu olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha