Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Yazının əvvəlki hissələrində Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin fəaliyyətində «məhrumlara xidmət», «təhlükəsizlik və hərbi məsələlərə hakimlik», «Müqavimət cəbhəsinin strateji idarə olunması», «müasir elmlərə bələdlik» və «fiqh və üsul sahəsində yeniliklər» mövzuları araşdırılmışdı. Bu hissədə isə onun tələbələrinə verdiyi bəzi fərdi, ailəvi və ictimai əxlaqi tövsiyələr təqdim olunur.
Məsum İmamlara (ə) xüsusi ehtiram
Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Əhli-Beytə (ə) xüsusi ehtiram və ədəbi onun mühüm xüsusiyyətlərindən biri kimi qeyd edilir.
Tələbələrindən bəziləri bildirirlər ki, o, rəvayətləri oxuyarkən məsum imamın (ə) mübarək adı hər dəfə çəkiləndə «Allahın salavat və salamı onun üzərinə olsun» ifadəsini işlətməyə xüsusi diqqət göstərirdi.
Bəzi tələbələri onun bütün Əhli-Beyt (ə) ilə mənəvi ünsiyyət və qəlbi bağlılıq yaratmağın vacibliyini vurğuladığını bildirirlər. O, məsumlardan hər hansı birinə qarşı diqqətsizliyin doğru olmadığını qeyd edir, məsələn, namazdan sonra görülən ibadətlərin bir hissəsinin İmam Cavadın (ə) hədiyyəsinə çevrilməsini tövsiyə edirdi.
Əhli-Beytin (ə) niyyətilə əməllər
Onun mənəvi tövsiyələrindən danışan və 20 ildən artıq müddətdə dərslərində iştirak edən tələbələrindən biri bildirir ki, Ayətullah Xameneinin tövsiyəsi belə olub: insan gördüyü saleh əməli dərhal, hələ təsiri və savabı zədələnməmiş onu Peyğəmbər Əkrəmə (s) hədiyyə etməli, sonra həmin savabı yenidən Peyğəmbərə (s) hədiyyə etməli və bu prosesi davam etdirməlidir.
Bu tövsiyənin məqsədi saleh əməlin mənəvi dəyərinin artırılması və insanın onu ilahi və mənəvi əlaqələr vasitəsilə zənginləşdirməsi kimi izah edilir.
Övladların doğulmasından əvvəl mənəvi hazırlıq
Onun tövsiyələri arasında övladlara doğulmazdan əvvəl ad qoyulması və hamiləlik dövründə onların adlarının mənəvi niyyətlə müəyyənləşdirilməsi də qeyd olunur.
O, belə tövsiyə edib: «Adını tez qoyun və onu adın sahibinə tapşırın.» Məsələn, «Məhəmməd» adının bir neçə məsumun niyyəti ilə, «Həsən» adının isə iki məsumun niyyəti ilə qoyulmasını tövsiyə edib.
Başqa bir tövsiyəsində isə valideynlərə hələ böyüməmiş övladlarının niyyətinə saleh əməllər etməyi, məsələn, onların niyyətinə gecə namazı qılmağı məsləhət görüb.
Fars dilinə diqqət
Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin diqqət yetirdiyi məsələlərdən biri də danışıq zamanı fars dilinin qorunmasıdır.
Tələbələrindən biri bildirir ki, o, yad sözlərdən uzaq durmağa və mümkün qədər fars sözlərindən istifadə etməyə təkid edirdi. Məsələn, «ünvan» əvəzinə «nişani», «referans» əvəzinə «istinad», «konfrans» əvəzinə isə «təqdimat» kimi farsca qarşılıqların işlədilməsini istəyirdi.
Onun uzunmüddətli tələbələrindən bəziləri isə bildirirlər ki, Ayətullah Seyid Müctəba Xamenevi İran-İslam mədəniyyətinin qorunmasına xüsusi həssaslıq göstərir və sözlərin də milli-mədəni xüsusiyyətlərə uyğun olmasına diqqət yetirir.
Onlardan biri deyir: «Məsələn, biz “klass nə vaxtdır?” deyəndə, “klass Londona aiddir, dərs deyin!” deyirdi. Bu məsələ hətta ən adi sözlərə qədər uzanırdı.»
Mənbələr:
Höccətül-islam Rəfii, Qum hövzəsinin müəllimi və Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin tələbəsi;
Höccətül-islam Rza Əliabadi, Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin tələbəsi;
Seyid Əli Əsğər Hüseyni
Sizin rəyiniz